İsmayıllı-Lahıc yolu ilə bağlı XƏBƏRDARLIQ

İsmayıllı-Lahıc yolu ilə bağlı XƏBƏRDARLIQ
07 İyun 2023 10:47

Sel suları nəticəsində gecə saatlarında İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 5 nöqtəsində yolun hərəkət hissəsinə lil və qaya parçalarının tökülməsi nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət yaranıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Day.Az-a verilən məlumata görə sözügedən yolda yaranmış problemlə bağlı Agentliyin "Çağrı Mərkəzi"nə (012-599-79-75) məlumat daxil olan kimi dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "5 N-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Gecə boyu səhər saatlarınadək aparılan təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yol boyu avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.