Türkiyə lirəsindən rekord ENİŞ

Türkiyə lirəsindən rekord ENİŞ
07 İyun 2023 10:41

Türkiyədə lirə kəskin şəkildə ucuzlaşmaqda davam edir.

Trend-in məlumatına görə, iyunun 7-də birjalarda Dollar/Türkiyə Lirəsi məzənnəsi rekordunu yeniləyib 22,41 səviyyəsinə qədər yüksəlib. Avro/Türkiyə Lirəsi məzənnəsi isə 24,04 səviyyəsini test edib. Başqa sözlə, TL təkcə bu gün dollar qarşısında 3% dəyər itirib. Son bir ayda isə lirə 12,9% ucuzlaşıb. 

Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 21.4565 TL, satış üzrə 21.4952 TL müəyyən edib. Türkiyə lirəsi paralel olaraq Azərbaycan manatı qarşısında da rekord şəkildə eniş edib. Azərbaycan Mərkəzi Bankının iyunun 7-də açıqladığı məzənnəyə əsasən 1 TL 0,0759 manata ticarət edilir.


25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.