Polşa prezidenti İlham Əliyevi təbrik etdi

Polşa prezidenti İlham Əliyevi təbrik etdi
02 İyun 2023 16:15

Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Polşa Respublikası adından və şəxsən öz adımdan Sizə, ölkənizə, bütün vətəndaşlarınıza səmimi-qəlbdən təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Polşa Respublikası ilə Azərbaycan Respublikasının dinamik inkişaf edən ikitərəfli əlaqələri ölkələrimiz arasında hörmətin, rəğbətin, əməkdaşlığa verilən əhəmiyyətin ən yaxşı ifadəsidir. Azərbaycan Polşa üçün Cənubi Qafqaz regionunda çox mühüm tərəfdaşdır və biz Azərbaycanla bir çox sahələrdə - iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik. Biz iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində və ölkələrimizin yüksək iqtisadi potensialına uyğun səviyyəyə çatdırılmasında xüsusilə maraqlıyıq.

Hörmətli cənab Prezident, Sizə cansağlığı, firavanlıq, Azərbaycan Respublikasının bütün vətəndaşlarına sülh, əmin-amanlıq, ölkənizin hərtərəfli inkişafının möhkəmləndirilməsi üçün fəaliyyətinizdə uğurlar arzulayıram. Cənab Prezident, fürsətdən istifadə edərək, Sizin üçün əlverişli vaxtda Polşaya dəvətimi təkrarlayıram”.


26 Apr 2024
Siyasət

Prezident İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirilir

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.

26 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq”

“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.