İyunun 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid, qazi övladları, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olan təkvalideynli uşaqlar, eləcə də fəal kursant və şagirdlərlə görüşüb.
“Report”un yerli bürosu xəbər verir ki, əvvəlcə uşaqlar Ali Məclisin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü və iclas salonu ilə əyani surətdə tanış olublar.
Şəhid Tağı Abdullazadənin övladı, Naxçıvan şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının məktəbəqədər hazırlıq qrupundan olan Yusif Abdullazadə atasına həsr olunmuş şeir söyləyib.
Sonra səlahiyyətli nümayəndə uşaqların suallarını cavablandırıb.
Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.
Laçın Beynəlxalq Hava Limanının tikintisi davam edir.