Milli Məclisin sədri Sahibə Qafarovanın Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan və Serbiya parlamentləri arasında anlaşma memorandumu imzalanıb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Sənədi Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova və Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç imzalayıblar.
İki ölkənin parlament rəhbərləri bu memorandumun münasibətlərin daha da genişlənməsinə xidmət edəcəyinə inamlarını ifadə ediblər.
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev dekabrın 7-də Səudiyyə Ərəbistanı Krallığında səfərdə olub.
Əldə olunan razılaşmalar nəticəsində Hüseyn Axundov və Aqşin Bəbirov erməni əsirliyindən azad olunacaqlar.
Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədovla Mərakeşin İqtisadi inklüzivlik, kiçik biznes, məşğulluq və bacarıqlar naziri Yunes Sekkuri arasında görüş keçirilib.