Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
“Milli bayramınız - Müstəqillik Günü münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan Sizə, Sizin şəxsinizdə hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi və arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Allahdan Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər diləyir, ölkənizə və xalqınıza daha böyük tərəqqi və firavanlıq, ölkələrimiz arasında fəxr etdiyimiz əlaqələrin daha da inkişafını arzulayıram.
Xahiş edirəm, ən xoş arzularımı qəbul edin”.
Bundan başqa, Tailand Krallığının Baş naziri General Prayut Çan-o-ça da dövlətimizin başçısına təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Tailand Krallığının hökuməti və xalqı adından Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Otuz ildən çoxdur ki, Tailand və Azərbaycan arasında dostluq münasibətləri mövcuddur. Əminəm ki, əlaqələrimiz ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə bundan sonra da möhkəmlənəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Estoniya Respublikasının Prezidenti Alar Karis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
“Əlbəttə, görüləcək işlər çoxdur, TANAP genişlənməlidir, TAP genişlənməlidir. Bizim digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır və Balkanlarda belə bir çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında iştirak edib.
“Azərbaycanın nəhəng bərpa olunan enerji potensialı var. Onun artıq ilkin hesablaması aparılıb, 157 giqavat həcm yalnız Xəzər dənizindədir. Quruda isə bizim potensialımız çox böyükdür. Beynəlxalq investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da il yarım ərzində 500 meqavata yaxın yaşıl enerji əldə etməyə imkan verəcək”.