Bu gün şəhid Şəhriyar Quliyevin doğum günüdür - VİDEO

Bu gün şəhid Şəhriyar Quliyevin doğum günüdür - VİDEO
25 May 2023 12:03

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində yazdığı qəhrəmanlıq dastanının iştirakçılarından və şəhidlik zirvəsinə ucalan hərbçilərindən biri də gizir Quliyev Şəhriyar Nəsib oğludur.

BAKU.WS xəbər verir ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsində böyük pay sahibi olan qəhrəmanımız Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

Quliyev Şəhriyar Nəsib oğlu 25 may 1990-cı ildə  Ağdam şəhərində anadan olmuşdu. Ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçmüşdü. Uşaqlıqdan idmana maraq göstərən Şəhriyar Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı giziri olmuşdu. O, Gürcüstanda və Türkiyədə xüsusi döyüş təlimləri keçmişdi.

Şəhriyar 2016-cı il aprel döyüşlərində iştirak etmişdi. 27.09.2020-ci il tarixində başlayan Vətən Müharibəsində yenidən döyüşə atılan igidimiz Füzuli, Xocavənd, Cəbrayıl, Hadrut rayonlarında 27 gün qəhrəmancasına döyüşmüşdü.

Cəldliyinə, çevikliyinə və qorxmazlığına görə döyüş yoldaşları onu "Boz Qurd" adlandırırdılar. 150-yə yaxın erməni əsgər və zabitini məhv etdiyini bildirilirdi.

Sonuncu dəfə 23.10.2020 tarixdə Qubadlı istiqamətində gedən döyüşdə xüsusi döyüş tapşırığını yerinə yetirərkən düşmən sayca 3 dəfə çox olub və xüsusi muzdlulardan istifadə edib. Şəhriyar rəşadətlə döyüşüb və iki döyüş yoldaşını döyüş meydanından yaralı çıxarıb. Yenidən döyüş meydanına qayıdan zaman qəhrəmancasına şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, şəhid Şəhriyar Quliyev "Qarabağ" ordeni, "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub.


28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.