İki körpə qardaş fərqli xəstəlikdən əziyyət çəkir: Sağalmaları üçün 3 800 manat çatmır - FOTO

İki körpə qardaş fərqli xəstəlikdən əziyyət çəkir: Sağalmaları üçün 3 800 manat çatmır - FOTO
25 May 2023 11:10

İlham və Səid Məmmədovların sağalmağı üçün dəstəyə ehtiyacları var.

Bu barədə onların anası Nərmin Məmmədova məlumat verib.

O bildirib ki, övladlarının ikisi də fərqli xəstəlikdən əziyyət çəkir.

“Böyük oğlum İlhamın iki yaşı olanda onun leykozdan əziyyət çəkdiyini öyrəndik. Hazırda üç yaşı var. İnanın bildiyimiz gündən müalicələrdəyik. Vəziyyəti ağırlaşmasın deyə, əlimizdən gələn hər şeyi edirik, amma müalicələri davam etdirməyə artıq imkanımız yoxdur. Həkimlə təcili Türkiyəyə gedib orada müalicə olmağımızı tövsiyə edib. Onun bir kurs müalicəsi üçün bizim 6 000 manata ehtiyacımız var”

Nərmin Məmmədova bildirib ki, kiçik övladı Səidin isə sidik refleksi yoxdur.

“Səid 7 aylıqdır. Doğulandan bəri sidik refleksi yoxdur. Sidiyə kateter vasitəsilə gedir. İnanın hər dəfə kateterlə sidiyə çıxanda elə ağlayır ki, ürəyim parçalanır. Səid Türkiyədə əməliyyat olunmalıdır, onun əməliyyatı üçün isə 5 000 manata ehtiyacımız var”

Gənc ana övladları üçün dəstək istəyib:

“İki övladının da xəstə olması bir ana üçün çox dəhşətlidir, ağırdır. Bilmirəm hansına qaçım, hansına çatdırım. Övladlarımın müalicəsi üçün lazım olan 11 000 manatın 3000 manatını yardımsevər şəxslərin dəstəyi ilə toplamışıq, 4200 manat isə qayınatam kredit götürüb amma hələ də 3 800 manatımız çatmır. Hərdən düşünəndə ki, onları itirə bilərəm, elə bilirəm dəli olacağam. Yardımsevər şəxslərdən, mənim övladlarıma dəstək olmaları üçün yalvarıram”

Ailə ilə əlaqə: 055 523 26 27

 


31 May 2023
Cəmiyyət

Biləsuvarda Bolqarçay çayında suyun səviyyəsi maksimal həddə çatır

Bolqarçay çayının Biləsuvar şəhərinin mərkəzindən keçən hissəsində suyun səviyyəsi maksimal həddə çatır.

31 May 2023
Cəmiyyət

Laçından göz oxşayan görüntülər - FOTO

Otuz ilə yaxın işğal altında qalan, düşmənin viran qoyduğu Laçın indi azad nəfəs alır, yenidən qurulur, dirçəlir.

31 May 2023
Cəmiyyət

"Son zəngin" keçirilmə tarixi bəlli oldu

"Son zəng" tədbiri 14 iyun 2023-cü il tarixdə keçiriləcək.

31 May 2023
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

31 May 2023
Cəmiyyət

Cəbrayılda kəhrizlərin bərpasına başlanıldı - FOTO-VİDEO

İşğaldan azad olunmuş Cəbrayıl rayonunun Horovlu kəndində kəhrizlərin bərpası istiqamətində işlərə başlanılıb.