“Bu gün Azərbaycan əhalisinin sayı 10 milyon 200 min nəfər təşkil edirsə, bu göstəricinin 2040-cı ildə 12 milyon 500 min olacağını hesablayırıq”.
“Report” xəbər verir ki, bu fikirləri Baş nazir Əli Əsədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatının müzakirəsi zamanı səsləndirilən təkliflərə cavab olaraq deyib.
Baş nazir bildirib ki, bu il sudan istifadə orta illik 21 milyard kubmetr təşkil edirsə, 2040-cı ildə sudan istifadədə 2,1 dəfə tələbat artaraq 44 milyard kubmetrdən artıq olacaq”.
“Fermerlərin acığına getməsin, amma sudan istifadə mədəniyyəti formalaşmalıdır. Sahələrin selləmə kimi sulanması vaxtı artıq bitdi. Sudan qənaətlə istifadə etmək lazımdır” - Ə.Əsədov əlavə edib.
“Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun 2020-ci il oktyabrın 3-də işğaldan azad olunmuş Talış kəndində görülən yenidənqurma işləri ilə tanış olublar.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını təbrik edib.
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.