Yunanıstana 5 qol vuran Azərbaycan millisi elit-raunda vəsiqə qazandı - FOTO

Yunanıstana 5 qol vuran Azərbaycan millisi elit-raunda vəsiqə qazandı - FOTO
04 Mar 2023 09:55

Realpress.az Oxu az-a istinadən xəbər verir. Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün əsas mərhələsində növbəti oyununu keçirib.

Yığma Yunanıstanla qarşılaşıb. Bakı İdman Sarayında keçirilmiş qarşılaşma millimizin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qollarını Eduardo Borges, Seiti Ensi (öz qapısına), Rafael Vilela, Felipinyo, Amadeu vurub. Rəqibin heyətində isə Seiti Ensi və Marios Ntatis fərqləniblər.

Azərbaycan yığması 6-cı qrupda 9 xalla liderdir. Komandamız son turun nəticəsindən asılı olmayaraq, elit-raunda vəsiqəni təmin edib. Hazırda 6 xala malik Polşa kollektivi ikinci sırada qərarlaşıb. Yığmamız qrupdakı sonuncu matçında martın 7-də məhz Polşanın qonağı olacaq.

DÇ-2024-ün əsas mərhələsi

6-cı qrup

Azərbaycan – Yunanıstan - 5:2

Qollar: Eduardo Borges, 2:23, Seiti Ensi, 8:30 (ö/q), Rafael Vilela, 11:24, Felipinyo, 20:57, Amadeu, 31:20 – Seiti Ensi, 23:47, Marios Ntatis, 26:27

 


26 Apr 2024
İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

26 Apr 2024
İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

26 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.