Sərnişinlərin NƏZƏRİNƏ: Bu gündən ictimai nəqliyyatda gediş haqları yeni tarifə keçdi - FOTO

Sərnişinlərin NƏZƏRİNƏ: Bu gündən ictimai nəqliyyatda gediş haqları yeni tarifə keçdi - FOTO
03 Fev 2023 09:30

Bu gündən etibarən ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər qüvvəyə minir.

Oxu.Az xəbər verir ki, yeni tariflərə görə bu gündən etibarən metro və şəhər daxili avtobus nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 40 qəpikdir. 

Bakı-Sumqayıt avtobus marşrutunda sərnişindaşıma xidməti üzrə tarif Bakı şəhərindən Sumqayıt şəhərinə qədər olan məsafəni əhatə edir və Sumqayıt şəhərinin daxili marşrutları üzrə hərəkət davam etdikdə, həmin tarifə müntəzəm şəhərdaxili avtobus marşrutları üçün təsdiq olunan tarif əlavə edilir.

Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3 qəpik təsdiq edilib.

Qeyd edək ki, qüvvəyə minən qərar Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.


1 May 2024
Cəmiyyət

Ötən ay azad edilmiş ərazilərdə 332 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat açıqlanıb.

1 May 2024
Cəmiyyət

Bu gündən ibtidai siniflərdə tətil başlayır

Bu gündən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üçün əlavə yaz tətili başlayır.

1 May 2024
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.

1 May 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

1 May 2024
Cəmiyyət

25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO

Müdafiə Nazirliyinin rəhbərliyi aprelin 30-da Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasının 25-ci ildönümü münasibətilə “N” hərbi hissəsində keçirilən təntənəli mərasimdə iştirak edib.