ABŞ kəşfiyyat təyyarəsi Rusiya səmasında göründü

ABŞ kəşfiyyat təyyarəsi Rusiya səmasında göründü
30 Yan 2023 16:55

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus nəhəng strateji kəşfiyyat təyyarəsi Rusiyanın Kalininqrad vilayəti səmasında dövrə vurub.

Bu barədə “Flightradar” aviauçuşların izlənməsi xidmətinin məlumatlarından məlum olub.

“JAKE11” çağırış nişanlı “Boeing RC-135W Rivet Joint” təyyarəsi yanvarın 30-da Böyük Britaniyanın Mildenholl aviabazasından havaya qalxıb, Almaniya və Polşa ərazisindən yan keçməklə şərqə doğru irəliləyib.

Təyyarə Polşa-Litva sərhədinə yaxınlaşıb və anklavdan 50 kilometr aralıda yerləşən Lazdiyay şəhəri yaxınlığında sərhədi keçib. Kaunas və Klaypeda yaşayış məntəqələri üzərində dövrə vurduqdan sonra təyyarə Polşanın Qdansk şəhərinə doğru hərəkət edib. Beləliklə, bir saat ərzində Rusiya regionu üzərində səmada dövrə vurub.


24 Mar 2023
Siyasət

Kamaləddin Qafarov: “Ermənistan yenə odla oynayır”

“Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun 2020-ci il oktyabrın 3-də işğaldan azad olunmuş Talış kəndində görülən yenidənqurma işləri ilə tanış olublar.

24 Mar 2023
Siyasət

Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını təbrik edib - FOTO/VİDEO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını təbrik edib.

24 Mar 2023
Siyasət

Misir prezidenti İlham Əliyevə zəng vurub

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

24 Mar 2023
Siyasət

Nyu-Yorkda Novruz bayramı qeyd edilib - FOTO

ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.