Realpress.az “Ölkə.Az”-a istinadən xəbər verir . Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri yarım saat ərzində rus ordusunun üç helikopterini məhv edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı Facebook səhifəsində məlumat verilib.
“2023-cü il yanvarın 24-də gecə saat 00.00-dan 00.30-a qədər yarım saatlıq zenit döyüşü zamanı Rusiyanın 3 Ka-52 hücum helikopteri Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin şərq istiqamətində zenit-raket qüvvələri tərəfindən məhv edilib”, - məlumatda bildirilir.
Ukrayna Silahlı Qüvvələri yanvarın 23-də isə rus ordusunun iki hücum təyyarəsi, iki təyyarə raketi, bir helikopter və bir pilotsuz uçuş aparatını, eyni zamanda 700-ə yaxın rus ordusunun hərbçilərini məhv edib.
Bununla da rusların 24 fevral 2022-ci ildən 24 yanvar 2023-cü il tarixədək ümumilikdə itkisi təxminən 122 min 170 nəfər təşkil edir.
Türkiyənin İzmir şəhərində eyni anda 8 tornado əmələ gəlib.
Ukrayna Daxili İşlər Nazirliyində işğal altında olan Krım yarımadasını, həmçinin Luqansk və Donetsk vilayətlərini azad etmək üçün yeni hücum briqadaları yaradılır.
Avropa Şurasının rəhbəri Şarl Mişel Ukraynanın paytaxtı Kiyevdədir.