Bakı metrosunda yeni qatar xəttə buraxıldı - FOTO

Bakı metrosunda yeni qatar xəttə buraxıldı - FOTO
24 Yan 2023 13:38

Realpress.az Oxu az-a istinadən xəbər verir. Bakı metrosunda daha bir yeni qatar xəttə buraxılıb, bununla da müasir qatarların sayı 21-ə çatdırılıb.

Bu barədə  “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. 

Bildirilib ki, Bakı metropolitenində daha bir yeni qatar tərkibi xəttə buraxılıb. Bununla metropoliten xətlərində hərəkət edən yeni nəsil qatarlarının sayı 21-ə və yaxud vaqonların sayı 105-ə çatdırılıb.

Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsinin istehsal etdiyi texnoloji innovasiyalar baxımından 4-cü nəslə mənsub 4 yeni qatar tərkibi (cəmi 20 vaqon) 2022-ci ilin sonlarında Bakıya gətirilib. 81-765 B./81-766 B. Modelli 2019-cu ildə bağlanmış müqaviləyə görə, “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal edilib. Bütün vaqonların dartı mühərrikləri ilə təmin edilməsi yol profilinin mürəkkəbliyi ilə izah edilir. Mikroiqlim nəzarət sistemində Bakının iqlim şəraitinə hesablanmaqla daha güclü kondisionerlər quraşdırılıb.

Sərnişindaşıma üçün vacib ənənəvi üstünlüklərdən biri - vaqondan-vaqona birbaşa keçidin olması salonun sərnişin tutumunu əsaslı şəkildə artırıb. Baş vaqonlar 315, orta vaqonlar isə 329 sərnişin üçün nəzərdə tutulub. Oturacaqların sayı baş vaqonlarda 38, orta vaqonlarda 44-dür. Vaqonlarda sərnişinlər üçün çoxfunksiyalı zonalar, həmçinin baş vaqonlarda əlil arabası üçün yerlər nəzərdə tutulub. Qapıların daha enli olması sərnişinlərin vaqonlara daha rahat minib-düşməsini təmin edir. Bu isə öz növbəsində qatarların stansiyalarda yubanmasının qarşısının alınmasına, intervaların qorunmasına da qismən müsbət təsir göstərir.

Ötən il gətirilmiş vaqonlarda olduğu kimi, bu vaqonlarda da tutacaqlar sərnişin sıxlığı nəzərə alınmaqla yerləşdirilib. Xüsusən vaqonların giriş zonalarında tavandan xüsusi həndəsi formada asılmış tutacaqlar sıxlıq şəaritində sərnişinlərin rahatlığını optimallaşdırmağa imkan verir.

Yeni qatar da əvvəlkilər kimi, “Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edəcək. Hazırda 21 yeni qatardan 3-ü Qırmızı xəttin (“İçərişəhər-Həzi Aslanov”) sərnişinlərinə xidmət göstərir.

Onu da əlavə edək ki, 2022-ci ilin son iş günündə bu qatarlardan biri sazlama və sınaqlardan sonra xəttə buraxılıb. Daha iki qatar tərkibində sazlama və sınaq işləri davam etdirilir. Tezliklə onlar da eyni qayda ilə xəttə buraxılacaq.

 


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.