Ağdam Sənaye Parkının rezidenti PVC dam örtükləri istehsal edəcək

Ağdam Sənaye Parkının rezidenti PVC dam örtükləri istehsal edəcək
24 Yan 2023 11:46

Realpress.az Oxu az-a istinadən xəbər verir. “Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınan “NN-Tel Group” Məhdud Məsuliyyətli Cəmiyyəti bu ilin noyabr-dekabr aylarında fəaliyyətə başlamağı planlaşdırır”.

Bunu “Azərbaycan iqtisadiyyatı” “Telegram” kanalına “NN-Tel Group”un layihə rəhbəri Vasif Məmmədov deyib.

Onun sözlərinə görə, müəssisə PVC dam örtüklərinin istehsalını həyata keçirəcək. Şirkətin aylıq istehsal həcminin 14000 kvadratmetr olması proqnozlaşdırılır. “NN-Tel Group”un dam örtükləri əvvəlcə ölkənin tələbatının ödənilməsi üçün daxili bazarda satılacaq, daha sonra isə ixrac ediləcək.

Şirkət ilkin mərhələdə istehsal fəaliyyətinə 680 000 manat investisiya yatırmağı planlaşdırır.

Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkı 28 may 2021-ci il tarixində yaradılıb. Sənaye Parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

26 Apr 2024
Cəmiyyət

Keçmiş məcburi köçkün: “Füzuli bizim anamızdır, yuxularımızdır, arzularımızdır”

“Gedib Füzulinin təmiz havasını ciyərimizə çəkmək bizim üçün cənnəti bu dünyada görməkdir".