Azərbaycanda qış turizmi mövsümünə start verildi

Azərbaycanda qış turizmi mövsümünə start verildi
19 Dek 2022 10:14

Dekabrın 18-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda qış turizmi mövsümünün açılışı və turizm imkanlarının tanıdılması məqsədilə kütləvi informasiya vasitələri və televiziya nümayəndələri üçün “Şahdağ” Turizm Mərkəzinə mediatur təşkil edilib.

mediaturun məqsədi Azərbaycanda qış turizmi növlərinin və məhsullarının təşviqi, insanların turizmin bu sahəsinə marağının artırılması, həmçinin “Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti, qış mövsümü ərzində turistlərə göstəriləcək xidmətlər haqqında ictimaiyyəti məlumatlandırmaqdır.

Mediatur çərçivəsində media nümayəndələrinə Azərbaycanda qış turizminin imkanları, Dövlət Turizm Agentliyinin bu sahədə gördüyü işlər, eləcə də “Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti və potensialı ilə bağlı təqdimat keçirilib.

Təqdimatda çıxış edən Azərbaycan Turizm Bürosunun Turizm məhsulu sektorunun müdiri Günel Bədəlova media nümayəndələrinə Azərbaycanda fəaliyyət göstərən qış turizm mərkəzləri üzrə statistik göstəricilər, xizəkçilik imkanları, qış turizm kompleklərində mövcud qış əyləncələri və digər turizm məhsulları haqqında məlumat verərək, 2023-cü il üçün görüləcək işlər və planlar barədə danışıb.

“Şahdağ” Turizm Mərkəzinin ölkənin qış turizminin inkişafında əhəmiyyətli rol oynadığını deyən Mərkəz direktoru Rüstəm Nəcəfov media nümayəndələrinə kompleksdə aparılan yenidənqurma və infrastruktur işləri, Mərkəz ərazisində yerləşən hotellər və digər turizm obyektlərinin fəaliyyəti, qonaqlara təklif olunan əyləncə növləri və gələcək planlar haqqında ətraflı məlumat verib.

Daha sonra media nümayəndələrinin sualları cavablandırılıb.


12 Fev 2025
Siyasət

Azərbaycan və Somali prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud mətbuata bəyanatlarla çıxış ediblər.

12 Fev 2025
Siyasət

Azərbaycan ilə Somali arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub

Fevralın 12-də Azərbaycan Respublikası ilə Somali Federativ Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə mübadiləsi mərasimi olub.

12 Fev 2025
Siyasət

Azərbaycan və Somali prezidentlərinin təkbətək görüşü olub

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud ilə təkbətək görüşü olub.

12 Fev 2025
Siyasət

Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun fevralın 12-də rəsmi qarşılanma mərasimi olub.

12 Fev 2025
Siyasət

Muxtar Babayev COP28-in prezidenti ilə iqlim sahəsində əməkdaşlığı müzakirə edib

COP29-un prezidenti Muxtar Babayev COP28-in prezidenti Sultan əl-Cabirlə iqlim maliyyələşdirilməsi sahəsində əməkdaşlığı müzakirə edib.