Azərbaycan Prezidenti: “Bu gün biz yeni nəqliyyat infrastrukturu obyektlərini yaradırıq”

Azərbaycan Prezidenti: “Bu gün biz yeni nəqliyyat infrastrukturu obyektlərini yaradırıq”
07 Dek 2022 15:45

“Bu gün biz Ulu Öndərin siyasətinə sadiq qalaraq yeni nəqliyyat infrastrukturu obyektlərini yaradırıq”.

bunu Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində deyib.

Bu tankerin yaradılmasının təməlinin 9 il bundan əvvəl gəmiqayırma zavodunun istismara verilməsi ilə qoyulduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: 

“O qərarı da mən qəbul etmişdim, bunu biz həll etdik. O vaxt bəziləri hesab edirdi ki, buna ehtiyac yoxdur. Onsuz da biz başqa ölkələrdən gəmilər, tankerlər alırıq. Amma mən bilirdim ki, bunun böyük əhəmiyyəti olacaq. İndi heç kimdən asılı deyilik, həm peşəkar komanda var, həm təcrübə var. Deməli, burada bütün inşaat işləri yerli mütəxəssislər tərəfindən aparılır. Biz hər il bir neçə tanker, quru yük gəmisi, “Ro-Ro” gəmisi, bərə inşa edə bilirik”.

Gəminin akademik Xoşbəxt Yusifzadənin adına olmasını çox ədalətli hesab edən Prezident İlham Əliyev vurğulayıb: 

“Düzdür, bu, nadir bir haldır, bəlkə də deyə bilərəm ki, yeganə bir haldır, insanın sağlığında gəmiyə onun adı verilir. Amma bu ədalətlidir. Bilirsiniz ki, mənim sizə çox böyük hörmətim var - həm mütəxəssis kimi, əfsanəvi neftçi kimi, gözəl insan kimi. Bax, bu gün sizin bizimlə bərabər burada olmağınız bir çoxlarını ruhlandırır ki, elə bu yaşda da adam gümrahdır. Sağlamlığı da yerindədir və öz nikbinliyi ilə hamımızı daha gözəl işlər görməyə ruhlandırır”.


26 Apr 2024
Siyasət

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində iştirak edib.

26 Apr 2024
Siyasət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

26 Apr 2024
Siyasət

Prezident: “Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır”

“Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir”.

26 Apr 2024
Siyasət

Prezident: “Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir”

“Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq”.