Sumqayıt Kimya Sənaye Parkında Tatarıstan nümayəndə heyəti ilə görüş keçirilib

Sumqayıt Kimya Sənaye Parkında Tatarıstan nümayəndə heyəti ilə görüş keçirilib
30 Noy 2022 12:46

Tatarıstan Respublikasının baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko və 40-a yaxın şirkətin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev arasında Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.

qonaqları salamlayan Elşad Nuriyev ölkədə fəaliyyət göstərən sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün mövcud investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, sənaye zonaları və aqroparkların təqdimatı keçirilib.

Qeyd edilib ki, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan müttəfiqlik münasibətləri bütün digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də uğurla inkişaf edir. Azərbaycanın Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Tatarıstan Respublikası ilə səmərəli qarşılıqlı əməkdaşlıq münasibətləri var. Yük maşınlarının istehsalı üzrə dünyanın aparıcı şirkətlərindən olan “KamAZ”ın Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə “Avto Lizinq Azərbaycan” MMC adlı birgə servis mərkəzinin yaradılması bunun göstəricisidir.

Görüşdə Tatarıstanda yerləşən “Alabuqa” Xüsusi İqtisadi Zonası və Ximqrad Texnopolis ilə ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları arasında əməkdaşlıq əlaqələrinin qurulması, təcrübə mübadiləsinin aparılması imkanları müzakirə edilib, tatarıstanlı iş adamları sənaye zonalarında yaradılmış imkanlardan yararlanmağa, birgə layihələr həyata keçirməyə dəvət ediliblər.

Sonda qonaqlar İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə, həmçinin Sumqayıt Kimya Sənaye Parkının rezidenti STP MMC-nin tərkibində fəaliyyət göstərən SOCAR-STP-nin Ağır maşınqayırma və Dəqiq mexaniki emal zavodlarında gedən istehsal prosesi ilə tanış olublar.

 


8 May 2024
Cəmiyyət

İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

“Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlıq əlaqələrinin əsasını enerji sahəsi təşkil edir”.

8 May 2024
Cəmiyyət

Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir

Azərbaycanda bir neçə ildir ki, intensiv surətdə hidrometeoroloji şəbəkənin modernləşdirilməsi işləri aparılır.

8 May 2024
Cəmiyyət

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Müşfiq İlyas oğlu Cəfərovun meyitinin qalıqları Lerik rayonuna gətirilib.

8 May 2024
Cəmiyyət

Mikayıl Cabbarov: “Bolqarıstan Azərbaycan və Gürcüstanda istehsal olunacaq yaşıl enerjiyə maraq göstərir”

“Bu il Azərbaycandan Bolqarıstana ixrac ediləcək qazın həcminin bu ölkənin illik sərfiyyatının 55%-ni keçəcəyi gözlənilir”.

8 May 2024
Cəmiyyət

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İbad Musarza oğlu Musayevin meyitinin qalıqları Lənkəran rayonuna gətirilib.