Çavuşoğlu: “Misirə səfir təyin oluna bilər”

Çavuşoğlu: “Misirə səfir təyin oluna bilər”
29 Noy 2022 10:11

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Misirlə normallaşma prosesi ilə bağlı mühüm açıqlamalar verib.

O bildirib ki, nazir müavinləri arasında siyasi məsləhətləşmələr tezliklə yenidən keçirilə və önümüzdəki aylarda Misirə səfir təyin oluna bilər.

Bu barədə XİN rəhbəri türkmənistanlı həmkarı Rəşid Meredovla keçirdiyi mətbuat konfransından sonra sualları cavablandırarakən məlumat verib.

Terrorçuların ekstradisiyası üçün İsveç və Finlandiya ilə davam edən danışıqlardan danışan Çavuşoğlu sabah NATO Xarici İşlər Nazirləri toplantısının keçiriləcəyi Buxarestdə üçtərəfli formatda görüşəcəklərini bildirib.

Nazir İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı danışarkən vurğulayıb ki, bu ölkələr bəzi şərtləri yerinə yetirib, bəzilərini yox.

“Hələlik konkret addım atmayıblar. Ekstradisiya və hüquqi tənzimləmələrlə bağlı konkret gözləntiləri doğrultmayıblar. Parlamentimizi, vətəndaşlarımızı inandırmaq lazımdır. Prezidentimiz də bu məsələləri İsveç baş nazirinə çatdırıb. Xülasə, proses müsbət yöndə irəliləyir, lakin hələ də müəyyən addımların atılmasına ehtiyac var.

Finlandiya ilə bağlı problemlər o qədər də böyük deyil. Ən çox İsveçlə problemlərimiz var. Ancaq iki ölkə və NATO bizə bərabər davranılacağını deyir. Əslində daha çox addım atması lazım olan ölkə İsveçdir”, - deyə Çavuşoğlu bəyan edib.

O, Suriyadakı vəziyyət barədə danışarkən Türkiyənin məqsədinin Suriyadakı vətəndaş müharibəsini bitirmək olduğunu bildirib.


26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.