Azərbaycan Prezidenti İlham Əliyevin oğlu ailə qurub. Bu barədə Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkədə paylaşım edib.
Paylaşımda deyilir:
“Dünən ailə üzvləri və doğmalarımızla oğlumuz Heydərin toyunu qeyd etdik. Xoşbəxtəm ki, artıq bizim üç qızımız var! Bütün valideynlər kimi biz də oğlumuza ailə səadəti arzulayırıq! Uca Allah gənc ailəyə yar olsun, bir-birinə olan sevgi və hörməti bir ömür boyu qorumağa kömək etsin! Xoşbəxt olun!”
“Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq”.
Bolqarıstan Prezidenti Rumen Radev mayın 8-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin və birinci xanım Desislava Radevanın şərəfinə rəsmi nahar verilib.