Qarabağın bu ərazilərində turizm komplekslərinin tikintisi planlaşdırılır

Qarabağın bu ərazilərində turizm komplekslərinin tikintisi planlaşdırılır
24 Noy 2022 17:08

Hadrutda, Tuğda, Daşaltıda, Suqovuşanda, Şahbulaqda turizm komplekslərinin tikilməsi üçün işlər həyata keçirilir.

 bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev noyabrın 24-də "Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı'' layihəsi üzrə Bakı konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

F.Nağıyev bildirib ki, Dövlət Turizm Agentliyi işğaldan azad edilmiş ərazilərdə bir neçə layihə həyata keçirir.

"O cümlədən Hadrutda, Tuğda, Daşaltıda, Suqovuşanda, Şahbulaqda turizm komplekslərinin tikilməsi üçün işlər həyata keçirilir. Ümumən regionun turizm potensialı dəyərləndirilir və turizm məhsulları yaradılır.

Əlbəttə ki, həmin ərazilərdə turizm üçün ilkin mərhələ var, minalardan təmizlənmə, infrastrukturun qurulması və əhalinin qayıtması. Dövlət Turizm Agentliyi olaraq biz düşünürük ki, yaxın 2 il ərzində işğaldan azad edilmiş ərazilər dünya turizmi üçün açılacaq və biz orada turistləri qəbul edə biləcəyik. İlkin proqnozlarımız belədir ki, 2025-ci ilə qədər həm daxili, həm xarici turislər nəzərə alınmaqla təxminən bir milyona yaxın insan həmin ərazilərə səfər edəcəklər. Bunun üçün bütün hazırlıq işləri aparılır", - deyə o qeyd edib.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.