General-mayor: “İndiyədək Sarıbaba yüksəkliyində 1300-dən çox mina aşkarlanıb”

General-mayor: “İndiyədək Sarıbaba yüksəkliyində 1300-dən çox mina aşkarlanıb”
24 Noy 2022 14:54

“İndiyə qədər Sarıbaba yüksəkliyində qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılan 1300-dən çox mina aşkarlanıb”.

 Laçına ezam olunan müxbiri xəbər verir ki, bunu Azərbaycan Ordusunun general-mayoru Münasib Babayev Azərbaycanda akkreditə olunan xarici ölkələrin hərbi attaşeləri və kütləvi informasiya vasitələrinin nümayəndələrini məlumatlandırarkən deyib.

“Hazırda Sarıbaba yüksəkliyindəyik. Burada düşmən tərəfindən basdırılmış minalar var. Həmin minalar 2021-ci ildə Ermənistanda istehsal olunub və bu ölkənin silahlı qüvvələrinə aiddir. Burada 350-dən artıq mina var”, - o bildirib.

General-mayor söyləyib ki, qanunsuz erməni silahlıları Sarıbabada hətta tank əleyhinə belə minalar basdırıblar:

“Ötən gün Azərbaycan Müdafiə Nazirliyinin dəvətinə əsasən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri general-mayor Fatih Akpınar və Rusiya kontingentinin rəhbəri kontr-admiral Oleq Semyonov ərazidə olublar. Onların razılığı ilə mühəndis qoşunlarının qarşılıqlı təmizləmə işinin aparılması məqsədilə sabah da sülhməramlıların nəzarəti altında digər basdırılan minaların təmizlənməsi işləri davam etdiriləcək”.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.