23 yaşlı Gülər leykozla mübarizə aparır – FOTO

23 yaşlı Gülər leykozla mübarizə aparır – FOTO
23 Noy 2022 11:18

1999-cu il təvəllüdlü Qazıyeva Gülər Natiq qızı leykozdan əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun anası Qazıyeva Şəhla Mətləb qızı məlumat verib.

O qeyd edib ki, övladı üç ildir ki, bu xəstəliklə mübarizə aparır:

“Qızım Türkiyədə əməliyyat olunmalıdır. Ona sümük iliyi köçürülməlidir. Bunun üçün bizə 60 min manat lazımdır. Pulun 54 min 800 manatı hazırdır. Qalan 5 200 manatı toplamağa çalışırıq. İmkanlı şəxslərdən bizə yardım etmələrini xahiş edirəm”.

Məlumat üçün bildirək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Abbaszadə Əsma Şahin qızının valideyni ilə əlaqə saxlanılıb:

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Qazıyeva Gülər Natiq qızının valideyni ilə əlaqə saxlanılıb. Vətəndaş  övladının qan xəstəliyindən (leykoz) əziyyət çəkdiyini qeyd edərək Türkiyə Respublikasında sümük iliyi köçürülməsi əməliyyatı ilə bağlı köməklik göstərilməsini xahiş edib. Vətəndaşa sümük iliyi transplantasiyasının Xidmətlər Zərfi ilə təminata alınmadığı və Dövlət Proqramı çərçivəsində icra olunmadığı barədə məlumat verilib”.

Ailə ilə əlaqə üçün: 070 590 89 67

 


9 Dek 2022
Cəmiyyət

Heydər Əliyev Beynəlxalq Aeroportunda dörd milyondan artıq sərnişinə xidmət göstərilib

2022-ci ilin əvvəlindən Azərbaycanın əsas hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportunda 4,04 milyon sərnişinə xidmət göstərilib. Ümumilikdə, göstərilən müddət ərzində ölkənin hava limanlarında beş milyona yaxın sərnişinə xidmət göstərilib.

9 Dek 2022
Cəmiyyət

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 300 vaksin vurulub.

9 Dek 2022
Cəmiyyət

Azərbaycanda daha 58 nəfər COVID-19-a yoluxub - FOTO

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

9 Dek 2022
Cəmiyyət

Milli Məclisin iclası keçirilir, Baş nazir iştirak edir

Bu gün Milli Məclisin növbəti iclası öz işinə başlayıb.

9 Dek 2022
Cəmiyyət

Ağ örpəyə bürünən Laçın... - FOTO

8 ildən sonra işğaldan azad edilən Laçına qar yağıb.