27 sentyabrda bütün vəkil qurumları tərəfindən şəhid ailələri və qazilərə ödənişsiz hüquqi yardım göstəriləcək

27 sentyabrda bütün vəkil qurumları tərəfindən şəhid ailələri və qazilərə ödənişsiz hüquqi yardım göstəriləcək
23 Sent 2022 17:23


Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyətinin 9 dekabr 2020-ci il tarixli qərarına əsasən, şəhid ailələrinə və qazilərə ödənişsiz hüquqi yardım göstərilməsi, o cümlədən məhkəmə proseslərində ödənişsiz təmsilçilik həyata keçirilməsi qərara alınıb.

Həmin qərarın icrası ilə bağlı olaraq mütəmadi olaraq şəhid ailələrinə və qazilərə ödənişsiz hüquqi yardım göstərilir.

Həmçinin, Vəkillər Kollegiyası tərəfindən 27 Sentyabr - Anım Günü münasibəti ilə ölkə ərazisində fəaliyyət göstərən bütün vəkil qurumları tərəfindən şəhid ailələri üzvlərinə və müharibə qazilərinə ödənişsiz hüquqi yardım göstəriləcək.

Aksiya ölkə üzrə fəaliyyət göstərən bütün vəkil qurumları tərəfindən həyata keçiriləcək. Ödənişsiz hüquqi yardım almaq istəyən şəhid ailələri üzvləri və müharibə qaziləri 27 sentyabr 2022-ci il tarixdə saat 09:00-dan 18:00-dək vəkil qurumlarına müraciət edə bilərlər. 

Əlaqələndirici şəxs: Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva (tel.: 012 594 99 85, 050 340 09 81).

8 Dek 2023
Cəmiyyət

Şuşa rayonuna prokuror təyin edilib

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Nəriman Əsədov Şuşa rayon prokuroru vəzifəsinə təyin edilib.

8 Dek 2023
Cəmiyyət

FIA Baş Assambleyasının Bakıdakı yekun iclası başa çatıb - FOTO

Dekabrın 8-də Heydər Əliyev Mərkəzində Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyasının illik yekun iclası keçirilib.

8 Dek 2023
Cəmiyyət

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.

8 Dek 2023
Cəmiyyət

Bu günədək Türkiyəyə 185 qazi müalicəyə göndərilib, onlardan beşi xəstəxanadadır

“YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov bu günədək Türkiyəyə müalicə üçün 185 müharibə iştirakçısının göndərildiyini, onlardan beşinin müalicəsinin davam etdiyini bildirib.

8 Dek 2023
Cəmiyyət

Heydər Əliyev Mərkəzində FIA Baş Assambleyasının yekun iclası keçirilir - FOTO

Heydər Əliyev Mərkəzində Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyasının illik yekun iclası keçirilir.