“Qələbədir adın” konsert-tamaşası nümayiş olunub

“Qələbədir adın” konsert-tamaşası nümayiş olunub
23 Sent 2022 17:19

Beynəlxalq Muğam Mərkəzində XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qələbədir adın” adlı konsert-tamaşa baş tutub.

Mir Sahib Ağazadənin səhnələşdirməsi, Elçin Məmmədovun quruluşu əsasında hazırlanan tamaşanın libretto müəllifi Kəmalə Abıyeva, bəstəkarı Pikə Axundova, solisti İlham Nəzərovdur.

Vətən uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsinə ithaf olunan tamaşa xalqımızın əzəli və əbədi torpaqlarına möhtəşəm qayıdışından bəhs edir. Səhnə əsərində bir neçə obrazı canlandıran İlham Nəzərovla yanaşı Əməkdar artistlər Yaqut Paşazadə (Ana), Viktoriya Şahmuradova (Xarı bülbül) və Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin III kurs tələbəsi Əli Əsədov (Oğul), G.Şaroev adına 35 saylı musiqi məktəbinin birinci sinif tələbəsi Səid Nəzərli da çıxış edib.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.