Azərbaycan XİN başçısı Amerika yəhudi təşkilatları ilə görüş keçirdi

Azərbaycan XİN başçısı Amerika yəhudi təşkilatları ilə görüş keçirdi
22 Sent 2022 16:58


Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Amerika Yəhudi Komitəsi (AJC) və Amerika yəhudi təşkilatlarının koalisiyasının rəhbərləri və nümayəndələri ilə görüşüb.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüş zamanı ABŞ-da yəhudi təşkilatları ilə əməkdaşlıq məsələləri və gələcək perspektivlər, regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Azərbaycanın bütün dünyadakı yəhudi icmaları ilə sıx əlaqələrin qurulmasına önəm verdiyini bildirib və ölkəmizdə çox sayda sinaqoq, məktəb, mədəniyyət mərkəzinin mövcud olduğunu vurğulayıb.

Görüşdə, həmçinin Cənubi Qafqaz regionundakı son vəziyyət, Vətən müharibəsindən sonra post-münaqişə dövründə həyata keçirilən tədbirlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

C.Bayramov Azərbaycan tərəfindən Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verərək, işğal dövründə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılması, mədəni irsin talan edilməsi barədə danışıb.

Azərbaycanda mövcud olan dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələrinin, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqları yəhudi təşkilatlarının tərəfindən məmnunluqla bildirilib.

Ölkəmizdə uzun əsrlər boyu sülh və əmin-amanlıq içərisində yaşayan yəhudi icmasının mövcudluğunun Azərbaycan və İsrail arasındakı güclü tərəfdaşlıq əlaqələrinin inkişafına əlavə güc verdiyi bildirilib.

Görüşdə, həmçinin Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

26 Apr 2024
Cəmiyyət

Keçmiş məcburi köçkün: “Füzuli bizim anamızdır, yuxularımızdır, arzularımızdır”

“Gedib Füzulinin təmiz havasını ciyərimizə çəkmək bizim üçün cənnəti bu dünyada görməkdir".