Azərbaycan-Qazaxıstan Ekspert Şurasının ilk iclası keçirilib

Azərbaycan-Qazaxıstan Ekspert Şurasının ilk iclası keçirilib
19 Avq 2022 14:12

Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Azərbaycan-Qazaxıstan Ekspert Şurasının iclası keçirilib.

 Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu (SAİ) və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə hibrid formatda təşkil olunan tədbirdə Ekspert Şurasının üzvləri çıxış edib. Giriş nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və SAİ-nin direktoru Erkin Tukumov Qazaxıstan-Azərbaycan münasibətlərində hazırda aktual olan məsələlərə toxunub. E.Tukumov qeyd edib ki, iki ölkə ekspertləri arasında əlaqələr son dövrlər sistematik və məhsuldar xarakter alıb. F.Şəfiyev də Azərbaycan-Qazaxıstan ekspert icmaları arasında möhkəm platformanın yaradıldığını təsdiq edərək bəyan edib ki, bu görüşün Qazaxıstan Prezidenti Tokayevin səfəri öncəsi baş tutması xüsusi məna kəsb edir.

Qazaxıstan Respublikası Parlamenti Məclisinin Xarici Əlaqələr, Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Aidos Sarım parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunaraq bildirib ki, 44 günlük müharibə zamanı Qazaxıstan ictimaiyyəti Azərbaycanın yanında olduğunu açıq şəkildə ifadə edib. Milli Məclisin deputatları Elşad Mirbəşiroğlu və Rasim Musabəyov çıxış edərək Azərbaycan və Qazaxıstan arasında siyasi və təhlükəsizlik sahəsində əlaqələrin yüksək səviyyədə olmasının iki xalq arasında ortaq tarix, etnik, mədəni, dini kimlikdən qaynaqlandığını qeyd ediblər.

Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin Xarici Siyasət Araşdırmaları İnstitutunun İdarə Heyətinin sədr müavini Amangeldi Tajenov regionda və dünyada geosiyasi hadisələrin son dövrlər neqativ yöndə inkişaf etdiyini və buna görə də, Qazaxıstan və Azərbaycanın öz xarici siyasət fəaliyyətlərini xüsusən beynəlxalq təşkilatlarda qarşılıqlı koordinasiya etməsi zərurəti yarandığını vurğulayıb.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.