İslamiadanın ikiqat mükafatçısı: “Meydana çıxdıqdan sonra başa düşdük ki, Malidən güclüyük”

İslamiadanın ikiqat mükafatçısı: “Meydana çıxdıqdan sonra başa düşdük ki, Malidən güclüyük”
18 Avq 2022 15:08


“Finala çıxanda emosiyalar çox idi, həyəcan vardı. Əlbəttə, meydana çıxdıqdan sonra həyəcan geridə qaldı və başa düşdük ki, biz rəqibdən güclüyük”.

Konyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın 3x3 qadın basketbol millisi ilə qızıl medal qazanmış Dina Ulyanova deyib.

Azərbaycan millisi C qrupunda meydan sahibi Türkiyəni 14:12, Qırğızıstanı 21:4, 1/4 finalda Qətəri 21:2, yarımfinalda Özbəkistanı 16:7 və finalda Malini 21:6 hesabı ilə məğlub edərək İslamiadanın qalibi olub. Maraqlıdır ki, Azərbaycanın qadın basketbol millisi 5 il əvvəl Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında da Maliyə 13:7 qalib gələrək qızıl medalları qazanmışdı.

Həmin komandanın da tərkibində yer almış Dina Ulyanova bildirib ki, Bakıda qalib gəlmək onlara daha çətin olub:

“Bakıda daha çətin idi. Çünki öz azarkeşlərimiz önündə oynayırdıq, əlavə məsuliyyət hiss edirdik. Şadam ki, ardıcıl ikinci dəfə İslamiadanın qalibi olduq”.

25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.