Prezident tərəfindən təltif edilmiş tibb işçilərinə mükafatlar təqdim edildi - FOTO

Prezident tərəfindən təltif edilmiş tibb işçilərinə mükafatlar təqdim edildi - FOTO
05 Avq 2022 17:45


Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, bir qrup səhiyyə işçisi “Tərəqqi” medalı və fəxri adlarla təltif edilib.

realpress.az xəbər verir ki, bununla əlaqədar Səhiyyə Nazirliyində tədbir keçirilib.

Toplantıda giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev təltif edilmiş səhiyyə işçilərini təbrik edib. Nazir bildirib ki, mükafatlanan şəxslərin hər birinin səhiyyə sahəsində uğurları və nailiyyətləri var.

Bildirilib ki, son illər Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramları, layihələr, inşa olunan tibb müəssisələri, onların ən müasir avadanlıqla təchiz olunması Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir.

Qeyd edək ki, Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə Abdurahmanov Mehrab Nəhməd oğlu, Əliyeva Nailə Həsən qızı, İsmayılov Hikmət İbrahim oğlu, Pirəliyeva Həqiqət Novruz qızı və Rəhimov Afiq Allahverdi oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər. Prezident İlham Əliyevin digər Sərəncamı ilə Qədirova Nuriyə Baba qızına “Əməkdar həkim” fəxri adı verilib.

Daha sonra səhiyyə naziri Teymur Musayev mükafatları təqdim edib və mükafatlanan şəxslərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


25 Apr 2024
Siyasət

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

25 Apr 2024
Siyasət

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.

25 Apr 2024
Siyasət

Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”

“Azərbaycanda 2019-cu ildən bu günə qədər özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”.

25 Apr 2024
Siyasət

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər.