Azərbaycanda iqlim dəyişmələrinə ən həssas 20 rayon müəyyənləşdiriləcək

Azərbaycanda iqlim dəyişmələrinə ən həssas 20 rayon müəyyənləşdiriləcək
05 İyul 2022 16:24


“İqlim dəyişmələri üzrə mövcud qanunvericiliyin təkmilləşdirilməsi və yeni hüquqi sənədlərin hazırlanması nəzərdə tutulur”.

bunu BMTİP-in Azərbaycan nümayəndəliyinin Milli Adaptasiya Planına Yardım layihəsinin meneceri Zaur Əliyev “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, NAP layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi üç prioritet sahədə (su ehtiyatları, kənd təsərrüfatı və sahilyanı ərazilər) Milli Uyğunlaşma Planının hazırlanması, eləcə də iqlim dəyişikliyinə uyğunlaşma fəaliyyətlərində Azərbaycan hökumətinə dəstək göstərəcək.

O qeyd edib ki, nəticədə iqlim dəyişmələrinin prioritet sektorlara təsiri ilə bağlı ətraflı analiz aparılacaq:

“Hökumətə dəstək məqsədilə iqlim dəyişmələri məlumatlarının toplanması və paylaşılması üçün avadanlıqlar alınacaq. Həmçinin iqlim dəyişmələri üzrə yerli ekspert rosterinin yaradılması planlaşdırılır. Bundan başqa, Azərbaycanda iqlim dəyişmələrinə ən həssas 20 rayon müəyyənləşdiriləcək”.

Layihə meneceri əlavə edib ki, iqlim dəyişmələrinə həssaslıq indeksi yaradılması nəzərdə tutulub:

“Adaptasiya İşçi Qrupunun nizamnaməsi yaradılması düşünülür. Eyni zamanda özəl sektorların iqlim dəyişmələri fəaliyyətlərinə cəlbi məqsədilə ilin sonuna qədər iqlim dəyişmələri ilə bağlı özəl sahibkarların ölkədaxili forumunun təşkili planlaşdırılır”.

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.