Qan xərçəngi ilə mübarizə aparan Ayşənin sizə EHTİYACI VAR: Əməliyyat üçün son 20 gün qalıb - FOTO/VİDEO

Qan xərçəngi ilə mübarizə aparan Ayşənin sizə EHTİYACI VAR: Əməliyyat üçün son 20 gün qalıb - FOTO/VİDEO
05 İyul 2022 15:47


Qan xərçəngindən əziyyət çəkən 14 yaşlı Ayşənin yaşaması üçün təcili əməliyyata ehtiyacı var.

realpress.az-la əlaqə saxlayan Hüseynova Ayşənin anası Vəliyeva Aytəkin övladının əməliyyatı üçün cəmi 20 günü qaldığını bildirib.

Övladının bu ilin mart ayından sözügedən xəstəlikdən əziyyət çəkdiyini bildirən Aytəkin xanım maddi olaraq müalicələri qarşılasa da, əməliyyat üçün tələb olunan məbləği ödəyə bilmədiyini vurğulayıb.

Aytəkin xanım qeyd edib ki, hazırda Bakıda Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alan Ayşə təcili olaraq Türkiyəyə getməlidir. Ayşənin əməliyyatı üçün 69 500 ABŞ dolları (118 150 AZN) lazımdır.

Ömrünün ən gözəl çağında yaşamaq üçün mübarizə aparan Ayşəyə yardım etmək istəyən şəxslər 055 865 50 62 (anası Aytəkin Vəliyeva) ilə əlaqə saxlaya və ya bank hesab nömrəsi vasitəsi ilə kömək edə bilərlər.


26 Apr 2024
Cəmiyyət

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO

Hərbi Dəniz Qüvvələri (HDQ) və Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyət və vasitələrinin cəlb edilməsi ilə Xəzər dənizinin ərazi sularında keçirilən “Dalğa-2024” birgə taktiki təlimi müvəffəqiyyətlə başa çatıb.

26 Apr 2024
Cəmiyyət

Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

26 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

26 Apr 2024
Cəmiyyət

Daha 140 nəfər doğma Füzuli şəhərinə qayıdır - FOTO/VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.