Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə yanğının söndürülməsinə başladı - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə yanğının söndürülməsinə başladı - YENİLƏNİB + FOTO/VİDEO
25 İyun 2022 09:31


Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyənin Muğla əyalətinin Marmaris bölgəsində yanğınların söndürülməsində iştirak edib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, dünən gecə saatlarında Türkiyəyə gələn təyyarə bu gün 2 uçuş həyata keçirərək Yeşilbelde və Çöplük rayonlarında yanğın ərazisinə 120 tona yaxın su töküb.

Qeyd edək ki, ekipaj sabah da yanğına müdaxilə prosesini davam etdirəcək.

11:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.

Bu gün səhər saatlarından etibarən təyyarə Türkiyənin Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb.

FHN əməliyyat çəkilişinin görüntülərini paylaşıb:


10:49

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunan Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyənin Muğla bölgəsində meşə yanğınlarının söndürülməsi əməliyyatlarına başlayır.

Qeyd edək ki, Türkiyənin Muğla bölgəsində davam edən meşə yanğınları üç min hektardan çox ərazini əhatə edib.

Son məlumatlara görə, yanğınla mübarizəyə iki mindən çox yanğınsöndürən, təyyarə və helikopterlər də daxil olmaqla 41 aviasiya vasitəsi cəlb edilib.

Bu gün səhər saatlarından etibarən isə yanğınla mübarizə üçün qardaş Türkiyə göndərilən “BE-200ÇS” amfibiya tipli təyyarə də alovla mübarizəyə cəlb edilib.

Mənbə: Haber Global

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.