İlham Əliyevin Daşkənddə rəsmi qarşılanma mərasimi olub

İlham Əliyevin Daşkənddə rəsmi qarşılanma mərasimi olub
21 İyun 2022 14:17


İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi olub.

 Azərbaycanın və Özbəkistan dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülwb.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycanın və Özbəkistan Dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan əsgərlərini salamlayıb.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Özbəkistanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Şavkat Mirziyoyeva təqdim edilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

1 İyun 2023
Siyasət

Azərbaycan Prezidenti “Avropa siyasi birliyi”nin Zirvə toplantısı çərçivəsində işçi lançda iştirak edib

İyunun 1-də Kişineuda “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı çərçivəsində işçi lanç olub.

1 İyun 2023
Siyasət

İlham Əliyev Kişineuda enerji təhlükəsizliyinə həsr olunmuş dəyirmi masada iştirak edib

İyunun 1-də Moldovanın paytaxtı Kişineuda “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı çərçivəsində enerji təhlükəsizliyi məsələsinə həsr edilmiş dəyirmi masa keçirilib.

1 İyun 2023
Siyasət

Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə başlayacaq

Azərbaycanda Məhərrəmlik ayının başlanacağı tarix açıqlanıb.

1 İyun 2023
Siyasət

Mehriban Əliyevadan Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib. 

1 İyun 2023
Siyasət

Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov mentorluq proqramı çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibləri Nərgiz Balakişiyeva və Nihad Mənsimzadə ilə görüşüb.