Azərbaycandan həcc ziyarətinə getmək üçün QİYMƏT müəyyənləşdi

Azərbaycandan həcc ziyarətinə getmək üçün QİYMƏT müəyyənləşdi
24 May 2022 15:01


Azərbaycandan həcc ziyarəti üçün kvota və qiymət müəyyənləşib.

Bu barədə realpress.az-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, bu il Azərbaycana həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb:

“Həcc ziyarətinin qiyməti 5350 ABŞ dolları müəyyən olunub. Həcc ziyarətinin iyunun 24-dən iyulun 20-nə qədər olan müddətdə həyata keçirilməsi gözlənilir”.

Şöbə müdiri deyib ki, həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verməlidirlər:

“Eyni zamanda iki doza vaksin tələb olunur (Pfizer-BioNTech vaksini - 2, Moderna - 2, Oxford-AstraZeneca - 2, Janssen - 1, Covovax - 2, Nuvaxovid - 2, Sinopharm - 2, Sinovac - 2, Covaxin - 2, Sputnik-V - 2 doza). 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin həcc ziyarətinə icazə verilmir”.

26 Apr 2024
Siyasət

Prezident İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirilir

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.

26 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq”

“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.