Çex Respublikasının Prezidenti İlham Əliyevi təbrik etdi

Çex Respublikasının Prezidenti İlham Əliyevi təbrik etdi
24 May 2022 14:58


Çex Respublikasının Prezidenti Miloş Zeman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Prezident.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizi çex xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Sizə, ölkənizə və bütün Azərbaycan xalqına rifah, birlik və firavanlıq arzulayıram.

Çex Respublikası ilə Azərbaycan Respublikası arasındakı çox yaxşı münasibətləri yüksək qiymətləndirirəm. İnanıram ki, bu əlaqələr bundan sonra da xalqlarımızın rifahı naminə bütün sahələrdə qarşılıqlı əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”.

25 Apr 2024
Siyasət

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

25 Apr 2024
Siyasət

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.

25 Apr 2024
Siyasət

Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”

“Azərbaycanda 2019-cu ildən bu günə qədər özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”.

25 Apr 2024
Siyasət

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər.