Azərbaycan ötən il avtomobil idxalına 1 milyard dollara yaxın pul xərcləyib

Azərbaycan ötən il avtomobil idxalına 1 milyard dollara yaxın pul xərcləyib
28 Yan 2022 14:14

2021-ci ildə Azərbaycana 935,2 milyon ABŞ dolları dəyərində 91 194 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

 Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə müvafiq olaraq 44,4 % və 69,7 % çoxdur.

Ötən il sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2,7 % artaraq 266 ədəd (41,2 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 71,4 % artaraq 85 191 ədəd (780,5 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 12 936-ü (76,6 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 160-ı (3,5 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 2,5 dəfə artması, ikincinin isə 4,2 % azalması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 53,1 % artaraq 5 552 ədəd (90,5 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 21,7 % artaraq 185 ədəd (23 milyon ABŞ dolları dəyərində) olub.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.