Vilayət Eyvazov təqaüdə göndərilən generallarla görüşüb

Vilayət Eyvazov təqaüdə göndərilən generallarla görüşüb
27 Yan 2022 17:21

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov xidmətdə olmalarının son yaş həddi ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin sabiq rəisi polis general-mayoru Səfər Əliyevi və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində cinayətkarlıq və digər təhlükəli cinayət növləri il mübarizənin əlaqələndirilməsi üzrə Büronun direktor müavini polis general-mayoru Əkbər Yusifovla görüşüb.

 yolasalma mərasimində nazir uzun illər daxili işlər orqanlarında çalışmış generallara gəlcək fəaliyyətlərində uğurlar arzulayıb.

V.Eyvazov görüşdə hər iki şəxsə zəngin təcrübələrini gənclərlə bölüşəcəklərinə, onların Vətənə, dövlətçiliyə, anda sədaqət ruhunda tərbiyə olunmalarına, cəmiyyətdə polisin işgüzar nüfuzunun qorunub saxlanılmasına yaxından kömək edəcəklərinə əminliyini ifadə edib.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.