Yardım fəryadı: Vətən müharibəsi veteranının sizin köməyinizə ehtiyacı var - FOTO/VİDEO

Yardım fəryadı: Vətən müharibəsi veteranının sizin köməyinizə ehtiyacı var - FOTO/VİDEO
27 Yan 2022 13:29


 Murovdağ və Kəlbəcər istiqamətində gedən döyüşlərdə fəal iştirak edən Vətən Müharibəsi veteranı Əli Həmidzadənin ailəsinin üzləşdiyi problemi işıqlandırıb.

Məlumatda Əli Həmidzadənin talassemiyadan əziyyət çəkən altı yaşlı oğlu Nihada dərhal sümük iliyi köçürülməsinə ehtiyacı olduğunu yazmışdıq.

Ancaq ailənin maddi durumu bu əməliyyatı həyata keçirməyə imkan vermir.

Uşağın anası Aytac Həmidzadə yenidən redaksiya ilə əlaqə saxlayaraq bildirib ki, Türkiyədə planlaşdırılan sümük iliyi transplantasiyası əməliyyatının dəyəri 80 min manat təşkil edir. Eyni əməliyyatı Azərbaycanda da keçirmək mümkündür, lakin məsələ burasındadır ki, Nihat bunun üçün növbəyə durmalıdır və hələlik donor da yoxdur. Belə olan halda qızıldan qiymətli vaxt gedir.

“Yardım prosesi dayandı və qiymətli vaxtımızı itirdiyimiz üçün çox narahatıq. Uşaq xəstəliyin təsiri altında böyüdükcə onun daxili orqanları və sümükləri daha çox deformasiyaya uğrayır. Bizə bir çox adam kömək etdi, onlara çox minnətdarıq. Bu dəstək bizə ümid verdi... Övladımızı itirmək istəməzdik. İnanıram ki, birgə səylərimiz nəticəsində oğlumuza kömək edə və tam məbləği toplayaraq onun əməliyyatına hazırlıq prosesinə başlaya bilərik. Axı, hələ qarşıda donor axtarışı və bir çox müayinələr var.

Əminəm ki, Nihad da böyüyəndə atası kimi Azərbaycanın mərd övladlarından biri olacaq. O, artıq böyük vətənpərvərdir. Onun vətənə, şəhidlərə və atasına həsr etdiyi şeirlərin videoları sosial şəbəkələrdə çoxlarını duyğulandırıb.

Keçən hər gün Nihadın vəziyyəti ağırlaşır, patoloji dəyişikliklər baş verir. Qaraciyəri və dalağı genişlənir. Zahiri görünüşü dəyişir, talassemiyalı insanlara xas olan əlamətlər - üzün genişlənməsi və başın arxasında çökəklik müşahidə edilir. Uşağın iştahı və qüvvəsi yoxdur, dərisinin rəngi saralır, gözlərinin altında qara dairələr var. Qanda hemoglobinin səviyyəsi aşağı düşən kimi ona dəstəkləyici dərmanlar veririk və bu zaman trombositlərin səviyyəsi azalır, fasilə verməli oluruq. Onun immuniteti zəifləyib, tez-tez xəstələnir. Bədən temperaturu yüksələndə qanın keyfiyyətinə pis təsir etdiyi üçün ona antipiretik dərmanlar verə bilmərik. Xahiş edirəm ailəmizə kömək edin! Bu həyatda uşağınızın xəstələnməsini seyr etməkdən daha pis bir şey yoxdur. Bütün xalqımızdan kömək istəyirəm, övladımın hamı kimi məktəbə getməsini və normal həyat yaşamasını istəyirəm”, - deyə Nihadın anası bildirib.

Xatırladaq ki, Nihad Həmidzadə 2017-cı ildən etibarən mütəmadi olaraq müalicə aldığı Respublika Talassemiya Mərkəzində qeydiyyatdadır.

Ancaq illər keçdikcə xəstəliyin fonunda onun bədənində geridönməz ciddi dəyişikliklər baş verir. Həkimlər yeganə çıxış yolunun sümük iliyi nəqlinin olduğunu söyləyirlər. Üstəlik, uşağın bədənində dəyişikliklər davam etdiyi üçün əməliyyatı mümkün qədər tez etmək lazımdır. Ailənin ikinci övladı olan qardaşının sümük iliyi Nihada uyğundur. Ancaq valideynlər ikinci övladlarının sağlamlığını təhlükəyə ata bilməzlər, çünki o, anadangəlmə hidrosefal xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən qarşıda Nihad üçün donor axtarışının aparılması gözlənilir. Amma əsas problem başqadır. Planlaşdırılan əməliyyat Türkiyədə baş tutacaq və bu əməliyyatın dəyəri təxminən 80 min manatdır. Ailə, bütün bu illər ərzində oğullarının müalicəsinə kifayət qədər çoxlu pul xərcləyib, buna görə də indi bu məbləğin yarısının da öhdəsindən gələ bilmir və insanların yardımına ümid edir.

Media.Az-ın redaksiya heyəti bu ailənin qarşılaşdığı çətin imtahana biganə qalmamağı, hər kəsi Vətən Müharibəsi veteranının ailəsinin probleminə diqqət etməyi və bacardığı qədər balaca Nihada kömək etməyə çağırır.

+994 70 564 36 96 nömrəsinə zəng etməklə Aytac xanımla telefon əlaqəsi yarada bilərsiniz.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.