Qoz xərçəng və Altsheymer xəstəliyinin inkişafı riskini azaldır

Qoz xərçəng və Altsheymer xəstəliyinin inkişafı riskini azaldır
25 Yan 2022 09:56

Qoz və tum sağlamlığını düşünən bir çox insanın mətbəxində əsas məhsullardan biridir. Qozun istehlakı 2-ci növ diabetin daha aşağı inkişaf riski və ürək-damar xəstəlikləri riski ilə əlaqədardır. Marşall Universitetində aparılan tədqiqat göstərir ki, iki həftə ərzində gündə 2 unsiya (60 qram) qozun istehlakı süd vəzi xərçənginin artımını yavaşlatdı və ya bu xəstəliyin inkişaf riskini azaltdı.

Xərçəngə qarşı üstünlük xərçəng hüceyrələrinin artımı və sağ qalmasına görə cavabdeh olan genlərin dəyişdirilmiş ekspressiyası ilə əlaqədar idi.

Qozun tərkibində maddələr mübadiləsi prosesində orqanizmdə urolitinlərə çevrilən pedunkulaqin adlı maddə var. Urolitinlər estrogen reseptorları ilə əlaqəli olan və süd vəzisi xərçənginin qarşısının alınmasında rol oynaya bilən birləşmələrdir.

Həmçinin aşkar edilmişdi ki, qozun qəbulu aşağı sıxlıqlı lipoproteinlərinin - "pis xolesterin" səviyyəsini 16 faizə qədər aşağı salır, diastolik arterial təzyiqi 2-3 millimetr civə sütunu aşağı salır və oksidləşdirici stresi və iltihabı azaldır. Oksidləşdirici stres azad radikallar adlanan qeyri-sabit molekulların orqanizmdə hüceyrələrin zədələnməsinə səbəb olduğu prosesi təsvir edir.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.