Ölkədə daha bir virus sürətlə yayılmağa başlayıb - 10 gün içində ...

Ölkədə daha bir virus sürətlə yayılmağa başlayıb - 10 gün içində ...
14 Yan 2022 15:30

""Koksaki" - çirkli əllər xəstəliyidir. 97% yoluxmalar qidadan olur - içməli və hovuzlarda təsadüfən udulan sudan, çirklənmiş qida məhsullarından və şəxsi gigiyena qaydalarına riayət etmədikdə yaranır. Bu virus 98% yoluxucudur, xəstənin özü və əşyaları ilə sıx əlaqədə olduğu halda yoluxma baş verə bilər.

Adətən bu virus xəstəliyini keçirən uşaqlar 3-10 yaşında olurlar. Yeni doğulmuş südəmər körpələrin orqanizmində, təbii qidalanma ilə əlaqədar, möhkəm immun qorunma mexanizmləri formalaşdığına görə, xəstəliyin qarşısı alınır. Yeniyetmə və böyüklərdə virusun orqanizmə düşməsi aktiv kliniki simptomatikanı artırmır, gizli (latent) formada keçir və sonradan xəstəliyə qarşı immunitet qazanması ilə nəticələnir.

İnkubasiya dövrü, yoluxma zamanından - səpgi şəklində ilkin əlamətlərin yaranmasına kimi, 10 gün təşkil edir. Eyni zamanda digər simptomlarda üzə çıxır: bədən temperaturun 38 dərəcə və daha yüksək olduqda, dil üzərində ərpin yaranması, ümumi zəyiflik, boğaz ağrıları, iştahın pozulması, boyun limfa düyünlərin böyüməsi kimi.

Rəngin ağarması, bədəndə, qulaqətrafı, barmaqlar arası, göyərmənin yaranması, orqanizmin su balansının pozulma əlamətləri, halsızlıq, dodaqların quruması, sidik ifrazının azalması, yuxululuq və başgicəllənmələr, kəskin baş ağrıları, iştahsızlıq, uzun sürən hərarət kimi sipmtomar həkimə dərhal müraciət etmək üçün səbəblər hesab olunur.

Bu virusa yoluxan uşaqların müalicəsinə intoksikasiya zamanı yataq rejimi, kifayət qədər vitamin və çoxlu suyun qəbulunu nəzərə alaraq, pəhrizin saxlanılması, ishal (diareya) və qusmalar olduqda - hidrasiya terapiyanın aparılması kimi prosedurlar daxildilər. "Koksaki" virusuna yoluxmuş uşaqlar  2 həftə müddətində karantində olmalıdılar"


25 Yan 2022
Cəmiyyət

“Omikron”dan qoruyan qidalar

"Omikron" ştamının yayılması zamanı qida rasionuna piy, yağ və digər heyvan mənşəli yağ məhsulları əlavə edilməlidir. 

25 Yan 2022
Cəmiyyət

Qisası alınan “Daşaltı əməliyyatı”ndan 30 il ötür

Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən “Daşaltı əməliyyatı”ndan 30 il ötür.

25 Yan 2022
Cəmiyyət

Zaur Baxşəliyev koronavirusa yoluxub

Məşhur aparıcı Zaur Baxşəliyev koronavirusa yoluxub.

25 Yan 2022
Cəmiyyət

100 yaşlı Fatma Səttarova: “Bu gün həyatımda ən dəyərli hədiyyəni aldım”

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovanın 100 yaşı tamam olur. Bu gün Prezident İlham Əliyev bu münasibətlə onu təbrik edib və “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

25 Yan 2022
Cəmiyyət

Dayanma-durma cəriməsi ikiqat arta bilər – VİDEO

Sürücülərin ən çox cərimələndiyi qayda pozuntularından biri də dayanma-durmaya görədir.