Prezident: “Laçın dəhlizi bizim nəzarətimizdədir, biz orada istənilən maşını saxlaya bilərik”

Prezident: “Laçın dəhlizi bizim nəzarətimizdədir, biz orada istənilən maşını saxlaya bilərik”
13 Yan 2022 09:08


“Sülhməramlıların fəaliyyətini qiymətləndirmək üçün hesab edirəm ki, biz daha geniş prizmadan yanaşmalıyıq və əlbəttə ki, qıcıq doğuran məqamlar az deyil. Amma, eyni zamanda, onların müsbət funksiyalarını da qeyd etməmək ədalətsizlik olar. Onlar indi önəmli funksiyanı yerinə yetirirlər. Eyni zamanda, onlar Kəlbəcər, Laçın rayonlarına bizim həm hərbçilərimizin, həm də yüklərin göndərilməsini və daşınmasını müşayiət edirlər və prinsipcə deyə bilərəm ki, mən onların ümumi fəaliyyətinə müsbət yanaşıram”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib.

Dövlətimizin başçısı deyib: “Yəni, keçən il bir çox şeylərə aydınlıq gətirdi, çünki eyni zamanda, bizim Rusiya ilə əlaqələrimizdə yeni bir element yarandı, hansı ki, bu element yox idi. Azərbaycan–Rusiya əlaqələri həmişə çox müsbət olub. Amma keçən il bu əlaqələr daha da dinamik olub və təmaslar daha çox olub, o cümlədən prezidentlər səviyyəsində, müxtəlif səviyyələrdə. Bu, bizim əlaqələrimiz üçün bir yenilik idi və bu yenilik ikitərəfli əlaqələrə problem yarada bilərdi, ya da ki, ikitərəfli əlaqələri gücləndirə bilərdi. Mən deyə bilərəm, artıq keçən ili, bu ili təhlil edərkən sülhməramlı missiyanın Azərbaycan tərəfdaşları ilə münasibətləri ikitərəfli əlaqələrə müsbət təsir göstərmişdir. Ona görə bunu biz bilməliyik, Azərbaycan vətəndaşları da bilməlidirlər”.

Qıcıq doğuran məsələlərə toxunan Prezident İlham Əliyev qeyd edib ki, dəfələrlə qanunsuz səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilir. Valeri Pekresin son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılıb. Bizə belə bir cavab verildi ki, biz görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi bir maşında gəlib və sair. “Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər. Onun yanında Fransanın keçmiş xarici işlər naziri, avrokomissar Barnye, bir deputat olmuşdur. Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi bizim nəzarətimiz altındadır. Siz Şuşada olmusunuz, görmüsünüz. Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz”, - deyə Prezident vurğulayıb.

25 Yan 2022
Siyasət

İlham Əliyev Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İkinci Dünya müharibəsinin iştirakçısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illiyi münasibətilə ona Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordenini təqdim edib.

25 Yan 2022
Siyasət

Rəşad İsmayılov GECF-in yeni baş katibi ilə görüş keçirib - FOTO

Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfiri Rəşad İsmayılov Katibliyi Doha şəhərində yerləşən Qaz İxrac edən Ölkələr Forumunun (GECF) yeni təyin olunmuş Baş Katibi Məhəmməd Hamel ilə 2022-ci ilin 25 yanvar tarixində Səfirlikdə görüş keçirilib.

25 Yan 2022
Siyasət

Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib.