Qaz qiymətləri "omikron" ştammına görə ucuzlaşa bilər

Qaz qiymətləri "omikron" ştammına görə ucuzlaşa bilər
04 Dek 2021 12:20

Təbii qaz qiymətləri koronavirusun "omikron" ştammının yayılması, vaksinlərin səmərəliliyində şübhələrin yaranması və bu səbəbdən bütün dünyada enerji daşıyıcılarına tələbin azalması ehtimalı ilə əlaqədar təzyiqlərlə üzləşə bilər.

bunu Norveçin "Rystad Energy" konsaltinq şirkətinin qaz bazarları üzrə baş analitiki Kauşal Rameş deyib.

Onun sözlərinə görə, bununla belə, nikbin amillər də qalmaqdadır, çünki Avropada temperatur azalır və regionda qaz tədarükü ilə bağlı qeyri-müəyyənliklər qalır.

Ekspert qeyd edib ki, Avropada normadan aşağı temperaturun olacağı ilə bağlı proqnozlar və qazın anbarlarda saxlanmasından imtina edilməsi mavi yanacağın qiymətlərinə müsbət təsir edə bilər:

"Avropa anbarları qış sərt keçəcəyi təqdirdə 2022-ci ilin aprelinədək saxlama həcmlərini nominal gücün 12 faizinədək azalda bilər", - deyə o, bildirib

O əlavə edib ki, mayeləşdirilmiş təbii qaz idxalı fəal şəkildə davam edir. Qərbi və Cənubi Avropa noyabr ayında 6,8 milyon tona yaxın qaz idxal edib ki, oktyabr ayında bu göstərici 5,7 milyon tona bərabər idi. O qeyd edib ki, bu amil 2021-ci ilin sonunda bazara müsbət təsir göstərə bilər.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.