QHT-na Dövlət Dəstəyi Agentliyinin növbəti iclası keçirilib

QHT-na Dövlət Dəstəyi Agentliyinin növbəti iclası keçirilib
04 Dek 2021 09:27


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirildi. 

Bu barədə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, iclasda ilk olaraq, bir neçə gün bundan öncə vəfat etmiş Agentliyin Müşahidə Şurasının üzvü Əvəz Həsənovun xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

İclası açıq elan edən Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev gündəlikdə duran məsələlərlə bağlı məlumat verdi. İlk olaraq “Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2021-ci il tarixli Fərmanından irəli gələn məsələlərə baxıldı. Fərmana uyğun olaraq Müşahidə Şurası tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsinin müvəqqəti qaydası, qrant məbləğinin müəyyən edilməsinin müvəqqəti meyarları və hər mövzu üzrə qrant məbləğinin yuxarı həddi, habelə Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılmasının müvəqqəti qaydasına dair sənəd layihələri müzakirə olunaraq təsdiq edildi. 

Daha sonra Agentliyin 2021-ci il üçün kiçik qrant müsabiqəsinin elan olunması məsələsinə baxıldı. İnsan haqları, ictimai vəkillik,  demokratiya və hüquq məsələləri, insan alverinə qarşı mübarizə sahəsində təşəbbüslərin dəstəklənməsi, ətraf mühitin və sağlamlığın qorunması, narkomaniya ilə mübarizə, sosial və iqtisadi, Azərbaycanın milli maraqlarının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda müdafiəsi və s. istiqamətləri əhatə edən 7 istiqamət üzrə qrant müsabiqəsinin elan edilməsi qərara alındı. 

Qeyd edək ki, qrant müsabiqəsi Agentliyin yeni elektron portalı olan “e-qrant.az” saytı vasitəsi ilə həyata keçiriləcək.

10 May 2024
Cəmiyyət

Azərbaycanlı tələbələrin hazırladığı PUA-nın ilk uçuşu olub - FOTO

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyasının tələbələrinin birgə hazırladığı müdafiə təyinatlı pilotsuz uçuş aparatının (PUA) ilk uçuşu həyata keçirilib.

10 May 2024
Cəmiyyət

Oğuzda əl qumbaraları və sursat aşkarlanıb

Oğuz rayonunda əl qumbaraları və sursat aşkarlanıb.

10 May 2024
Cəmiyyət

Rezidenturaya qəbulun 2-ci cəhdinə qeydiyyat başlayıb

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 2-ci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı 19 may saat 23:59-dək internet vasitəsilə aparılır.

10 May 2024
Cəmiyyət

Azərbaycan nefti cüzi bahalaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,02 ABŞ dolları, yaxud 0,02 % artaraq 85,23 ABŞ dolları təşkil edib.