Polkovnik Zaur Nudirəliyev təyyarəni düşmən mövqeyinə çırparaq şəhid olubmuş - VİDEO

Polkovnik Zaur Nudirəliyev təyyarəni düşmən mövqeyinə çırparaq şəhid olubmuş - VİDEO
03 Dek 2021 10:44


Vətən müharibəsində böyük qəhrəmanlıq göstərən Hərbi Hava Qüvvələrinin pilotu, polkovnik Zaur Nudirəliyevin döyüş zamanı hansı şəraitdə şəhid olduğu açıqlanıb.

Bu barədə İTV-nin hazırladığı “Savaş şahini Zaur Nudirəliyev” adlı sənədli filmdə çıxış edən şəhid pilotun döyüş yoldaşı polkovnik-leytenant Reyhun Fərmanov bildirib.

Qeyd edib ki, Zaur Nudirəliyev təkcə düşmən mövqelərinə zərbələr endirməklə kifayətlənməyib:

“Oktyabrın 4-ü təxminən saat 12:15 radələri olardı, düşmənin hava hücumundan müdafiə vasitələrinin qoşulması haqqında kəşfiyyat məlumatı alan kimi, mən ona dedim ki, məhvetmə zonasına girməsin. Amma Zaur uçuşunu davam etdirdi, bizi dinləmədi.

O qədər əzmli idi ki, çətin vəziyyətdə olan quru qoşunlarımızın qarşısı açılsın deyə, təyyarəsi ilə götürdüyü döyüş sursatlarını təyin olunmuş koordinata atdı. Güman edirəm ki, uçuş zamanı düşmən hava hücumundan müdafiə vasitələri ilə onun təyyarəsini zədələdilər. Biz onun təyyarəsini düşmənin artilleriya mövqeyinin içərisində tapdıq. Təyyarəni sağ-salamat geri gətirə bilməyəcəyinə əmin olduqdan sonra, onu düşmənin artilleriya mövqeyinə çırparaq ermənilərə ciddi itkilər verməsinə səbəb oldu”.

Qeyd edək ki, 42 yaşlı Vətən Müharibəsi Qəhrəmanı Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində 12 uçuş həyata keçirərək düşmənin dayaq məntəqələrini, canlı qüvvələrini məhv edib, həmçinin Azərbaycan ordusunun qurudan ciddi üstünlüyə sahib olmasını təmin edib.

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

26 Apr 2024
Cəmiyyət

Keçmiş məcburi köçkün: “Füzuli bizim anamızdır, yuxularımızdır, arzularımızdır”

“Gedib Füzulinin təmiz havasını ciyərimizə çəkmək bizim üçün cənnəti bu dünyada görməkdir".