İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib - VİDEO

İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib - VİDEO
03 Dek 2021 09:21


Prezident İlham Əliyev dekabrın 2-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri qəbul edib.

görüşdə Azərbaycanda tarixən mövcud olan tolerant mühit, bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının ölkəmizdə bir ailə kimi mehribanlıq və əmin-amanlıq şəraitində yaşaması məmnunluqla vurğulanıb.

Digər dini və etnik icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasına dövlət səviyyəsində yaradılan şərait və göstərilən diqqət, qayğı yüksək qiymətləndirilib, yəhudilərin ölkəmizin ictimai həyatında fəal iştirakı qeyd edilib.

Söhbət zamanı Bakıda keçirilən və Mark Şnayerin iştirak etdiyi “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi növbəti töhfə kimi dəyərləndirilib.


26 Apr 2024
Siyasət

Prezident İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirilir

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.

26 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq”

“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.