14 şəhid verdiyimiz helikopter qəzasının necə baş verdiyi açıqlandı - VİDEO

14 şəhid verdiyimiz helikopter qəzasının necə baş verdiyi açıqlandı - VİDEO
02 Dek 2021 17:50


Noyabrın 30-da Xızı rayonu ərazisində Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı ibtidai araşdırmaların ilkin nəticələri bəlli olub.

Süjetdə qeyd olunur ki, qəza baş verən zaman helikopter yerə toxunuşlarının arası bir neçə saniyə olmaqla iki dəfə dəyib. Birinci çırpılmada bəzi hissələr, o cümlədən kiçik təkər, maşına məxsus pilləkən və raket bloku gövdədən ayrılaraq kənara düşüb. 

Ehtimal edilir, məhz təkan polkovnik-leytenant Emil Cəfərov və kapitanı Ramin Ədilovu helikopterdən kənara atıb.

Daha sonra helikopterin pərinin fırlanmasının gücü, eləcə də torpaqla toxunuşdan sonra maşının gövdəsinin yerin üzəri ilə dartılaraq sürüşməsi ikinci təkana səbəb ola bilərdi. Bu isə yanacaq çənini yırtıb. Beləliklə, yanacaq bayıra axmağa başlayıb. Anı qığılcım nəticəsində yanğın baş verib. Torpaq səthinə ikinci çırpılma ilə baş verən yanğın partlayışla nəticələnib və 14 nəfər həlak olub.

Ətraflı süjeti təqdim edirik:

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.