Yeni qanun layihəsi qaytarılan ƏDV məbləğlərinin artmasına təsir edəcək - RƏSMİ

Yeni qanun layihəsi qaytarılan ƏDV məbləğlərinin artmasına təsir edəcək - RƏSMİ
25 Noy 2021 15:44


“Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişikliklər təklif edilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən realpress.az-a verilən məlumata əsasən, növbəti ilin büdcə zərfi çərçivəsində hazırlanmış “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı layihə Milli Məclisdə baxılmaqdadır.

Qanun layihəsində bir sıra ödəmələrin nağdsız qaydada həyata keçirilməsini nəzərdə tutan dəyişikliklər təklif edilir. Layihəyə əsasən nağdsız həyata keçirilməsi nəzərdə tutulan ödəmələr aşağıdakılardır:

- Pərakəndə satış qaydasında təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində 4 000 manatdan artıq olan ödənişlər;

- Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər;

- İxtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər;

- “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği 3 000 manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları).

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qeyd edilən dəyişikliklərin pərakəndə ticarət əməliyyatları zamanı ödənişlərin həyata keçirilməsi ilə bağlı vətəndaşlara müəyyən çətinliklər yaradacağı barədə bəzi kütləvi informasiya vasitələrində yer alan məlumatlara münasibət bildirməyi zəruri hesab edir.

Qeyd edilib ki, təklif olunan dəyişikliyin əsas məqsədi “kölgə iqtisadiyyatı” ilə mübarizə, ölkə ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsinə nail olmaq, habelə istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirməkdir. Nağdsız hesablaşmaların iqtisadi dövriyyədə xüsusi çəkisinin artması biznes əməliyyatlarının şəffaflaşmasını və dövlət gəlirlərinin artmasını şərtləndirir ki, bu da nəticə etibarilə büdcənin maliyyə imkanlarını artırır, sosial sektorun maliyyələşdirilməsi ilə bağlı əlavə mənbələr yaradır.

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən nağdsız hesablaşmanın aşağıdakı formaları var:

- bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə aparılan hesablaşmalar;

- ödəniş terminalları vasitəsilə həyata keçirilən hesablaşmalar;

- birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə aparılan hesablaşmalar.

Göründüyü kimi, qanunvericilikdə nağdsız hesablaşmaların aparılmasının bir neçə forması təsbit olunub ki, vətəndaşlar nağdsız hesablaşmaları POS-terminallar, elektron ticarət platformaları, internet bankinq xidmətləri, mobil applikasiyalar, ödəniş terminalları vasitəsilə, həmçinin birbaşa nağd qaydada satıcının bank hesabına və ya bank hesabından satıcının bank hesabına köçürməklə həyata keçirmək imkanına malikdirlər. Bu səbəbdən, qanunvericiliyə edilməsi nəzərdə tutulan dəyişikliklər ticarət əməliyyatları zamanı vətəndaşlara münasibətdə hər hansı əlavə inzibati yük yaratmayacaq.

Eyni zamanda, hazırda ölkə ərazisində pərakəndə ticarət sahəsi üzrə alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması sisteminin tətbiq edildiyi nəzərə alınarsa, təklif olunan dəyişikliklər istehlakçılara qaytarılan ƏDV məbləğlərinin artmasına da müsbət təsir edəcək.

Belə ki, qanunvericiliyə əsasən istehlakçıya qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Eyni zamanda qanunvericiliyə təklif olunan dəyişikliyə əsasən 2022-ci il 1 yanvardan etibarən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətləri əldə edən istehlakçılar belə xidmətlərə görə ödənilmiş məbləğlərə görə ƏDV-nin geri qaytarılması hüququndan istifadə edə biləcəklər.

4 Dek 2021
Cəmiyyət

Qazilər hansı halda müalicə üçün xaricə göndərilir?

Qazilərin müalicəsinin Azərbaycanda mümkün olmaması faktı təsdiqləndikdə, "YAŞAT" Fondu hesabına onlar xarici ölkəyə göndərilir.

4 Dek 2021
Cəmiyyət

Koronavirus xəstəsi çayxanada TAPILDI

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkar edilib.

4 Dek 2021
Cəmiyyət

Ordumuzun sərrast zərbəsi: Düşmənin məhv edilən D-30 divizionu - VİDEO

44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun bölmələrinin peşəkarlığını ortaya qoydu. Azərbaycan ordusu qarşısına qoyduğu bütün tapşırıqları vaxtında və böyük dəqiqliklə icra edib. Hətta bəzən erməni tərəfinə düşünmək üçün belə vaxt qalmayıb.

4 Dek 2021
Cəmiyyət

Hər kəsi təsirləndirən şəhid qızı rəssamlığı atasından öyrənib - VİDEO

Pilot atasının ölümündən təsirlənən azyaşlının çəkdiyi rəsm görənlərin ürəyini dağladı.

4 Dek 2021
Cəmiyyət

İlin sonuncu Günəş tutulması hadisəsi baş verir

Dekabrın 4-də bu ilin son sonuncu Günəş tutulması hadisəsi baş verir.