Tələbə kreditinin qaytarılması zamanı hansı şərtlərlə möhlət verilir? - RƏSMİ

Tələbə kreditinin qaytarılması zamanı hansı şərtlərlə möhlət verilir? - RƏSMİ
25 Noy 2021 12:44


Təhsil Nazirliyi təhsil tələbə kreditlərinin (TTK) geri qaytarılması zamanı verilən möhlətin şərtlərini açıqlayıb. 

realpress.az xəbər verir ki, təhsil nazirinin müavini İdris İsayev TTK-nin verilməsi ilə bağlı keçirilən brifinqdə kreditlərin qaytarılması zamanı möhlət verilməsinin mümkün olduğunu deyib.

O bildirib ki, TTK dövründə aşağıdakı hallar baş verərsə, TTK-nın qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddətə qədər uzadılır: 

- Yuxarı təhsil səviyyəsində əyani təhsil;

- həqiqi hərbi xidmət;

- məhkumluq (dörd ildən çox olmayaraq azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlaşdırılması);

- işləyən borcalanın hamiləliyə, doğuma görə və uşağın üç yaşı tamam olana qədər ona qulluq etməkdən ötrü ödənişli sosial məzuniyyətdə olduğu müddət və sağlamlıq imkanı məhdud 18 yaşadək uşaqlara və birinci dərəcəli əlilliyi olan şəxslərə qulluqda olan müddət.

Nazir müavini əlavə edib ki, möhlət müddətində tələbənin əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı aşkarlanarsa, möhlət müddəti bu fəaliyyətə başlama tarixindən ləğv ediləcək.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.