Bu gün şəhid Osman Manafovun doğum günüdür - FOTO

Bu gün şəhid Osman Manafovun doğum günüdür - FOTO
24 Noy 2021 17:28


Bu gün Vətən müharibəsi şəhidi Osman Manafov Natiq oğlunun doğum günüdür.

24 noyabr 1991-ci ildə Bakı şəhərində anadan olub.

Şəhidimiz ilk təhsilini Bakıda 90 saylı tam orta məktəbdə alıb.

2014-cu ildə həqiqi hərbi xidmətə yola düşüb. 2016-cı ilin aprel döyüşlərində iştirak edib.

Tərxis olunandan sonra ailə həyatı qurub və Natiq adında bir oğlu dünyaya gəlib.

O, 27 noyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Suraxanı rayonunda dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Osman Manafov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.