Polkovnik Babək Səmidlinin şəhadətindən bir il keçir - FOTO

Polkovnik Babək Səmidlinin şəhadətindən bir il keçir - FOTO
23 Noy 2021 10:12


Bu gün Vətən müharibəsinin şəhidi, polkovnik Babək Səmidlinin şəhadətindən bir il keçir. 

realpress.az Vətən müharibəsi şəhidinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Babək Mətləb oğlu Səmidli 1974-cü il yanvarın 7-də Göyçay şəhərində anadan olub. 1993-cü ildə Ankarada Quru Qoşunları Məktəbinə daxil olub və 1997-ci ildə həmin məktəbin məzunu olub. O, 1997-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib.

Babək Səmidli 2016-cı ilin aprel döyüşlərində də iştirak edib. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Babək Səmidli 1-ci Ordu Korpusunun Əməliyyat bölməsinin rəisi olub. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunub. 

Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Azərbaycan Ordusunun polkovniki və 1-ci Ordu Korpusunun Komandir müavini olan Babək Səmidli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsində də iştirak edib. Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və döyüşü idarə edənlərdən biri olub. Onun rəhbərliyi altında Suqovuşan qəsəbəsi qısa müddət ərzində işğaldan azad edilib.

O, 2020-ci ilin noyabrda minaya düşərək şəhidlik zirvəsinə ucalıb. Babək Səmidli noyabrın 24-də Göyçay şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidimizin Vətənə əmanət iki oğul övladı yadigar qalıb.

Şəhid Babək Səmidliyə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, polkovnik Babək Səmidli ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

4 Dek 2021
Siyasət

Zəngilanın Ağalı kənd sakinləri üçün kiçik təsərrüfatlar yaradılacaq - FOTO

İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kənd sakinləri doğma kəndlərinə qayıtdıqdan sonra “Ağıllı kənd” layihəsi çərçivəsində onlardan bir qrupu üçün kiçik təsərrüfatlar yaradılacaq. 

3 Dek 2021
Siyasət

Daşkənddə “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri” keçirilir

Dekabrın 1-də Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri”nin açılış mərasimi keçirilib.

3 Dek 2021
Siyasət

Baş nazir: “Prezident ordu quruculuğunun daha da gücləndirilməsi üçün tapşırıqlar verib”

“Tarixi çağırışlar nəzərə alınaraq, Prezident tərəfindən 2030-cu illə bağlı prioritetlər barədə sərəncam imzalanıb, hökumətə sosial-iqtisadi inkişaf strategiyanın hazırlanması ilə bağlı tapşırıq verilib”.

3 Dek 2021
Siyasət

Ceyhun Bayramov belaruslu həmkarı ilə müzakirə apardı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən iclası çərçivəsində belaruslu həmkarı Vladimir Makey ilə görüşüb.